Kabel CC 1X1.5 H07V-K (qırmızı)
H07V-K 1x1.5 (qirmizi) – yüksək çevikliyə malik, təkdamarlı, çoxməftilli (çox telli) mis montaj kabelidir.1,5 mm² en kəsiyi sayəsində əsasən işıqlandırma dövrələrinin, idarəetmə xətlərinin və kiçik güclü elektrik cihazlarının montajı üçün nəzərdə tutulmuşdur. Class 5 çeviklik sinfinə aid bükülmüş mis naqilləri sayəsində dar sahələrdə, paylayıcı qutularda və şit daxilində qırılmadan, asanlıqla formaya salınır və çəkilir.